Rusiya prezidenti Vladimir Putin, Vladimir Solovyovun "Dünya nizamı 2018” adlı filmində, nüvə zərbəsinin bəşəriyyət üçün qlobal faciəyə səbəb olacağını bildirib.
Rusiya lideri bu mövzuda danışan zamanı, belə bir sual verib:
"Orada Rusiya olmayacaqsa, belə bir dünya nəyimizə lazım?!”
Putinin sözlərinə görə, yalnız raket hücumundan xəbərdarlıq sistemi düşmənin raketləri işə saldığını qeydə aldığı, onların uçuş trayektoriyası və Rusiyanın əsas hissələrinə düşmə vaxtını hesabladığı təqdirdə, Rusiya tərəfi nüvə silahına əl ata bilər.
"Buna qarşılıqlı cavab zərbəsi deyirlər. Bu qərar Rusiyanı məhv edəcəksə, bizim cavab verməyə qanuni haqqımız əmələ gəlir” – deyə Putin bildirib.
"Bəli, bəşəriyyət üçün bu qlobal faciə olacaq, dünya üçün qlobal faciə olacaq. Ancaq mən Rusiya vətəndaşı və dövlət başçısı olaraq belə bir sual vermək istəyirəm: orada Rusiya olmayacaqsa, belə dünya nəyimizə lazım?” – deyə Rusiya lideri bildirib.
Putin nüvə silahından istifadəyə heç vaxt lüzumun yaranmayacağına ümidvar olduğunu əlavə edib.(Oxu.Az )
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL