Rusiyanın qan udduran Turan taboru ortaya çıxdı FOTOLAR

Rusiyanın qan udduran Turan taboru ortaya çıxdı FOTOLAR

Tabor azərbaycanlı, türkmən, özbək, yakut, qazaxlardan ibarətdir

Rusiya Turan taboru yaratdı. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, tabor əsasən türklərdən ibarətdir. Turan əsgərləri ilk dəfə Suriyada görüntülənib. 

Məlumata görə, Turan Taboru ABŞ-ın Əfqanıstan və İraqdakı "Blackwater" xidmətinə bənzədilir. Xüsusi birliyin əsgərləri Suriyanın şimalındakı  Deyr ez Zor yaşayış məntəqəsində görüntüləniblər. Rusiya mediasının belə "sirli" kimi təqdim etdiyi tabordakıların əksəriyyəti qazax, saka, yakut, kırğız, özbək, azərbaycanlı və türkmənlərdən ibarətdir. İŞİD-a qarşı qeyri nizami döyüş üsulları ilə savaşmaq üçün Suriyaya endirilən taborun əsgərlərinin muzdlu olduğu bildirilir.

Aralarında keçmiş xüsusi təyinatlıların da ("spetnaz") olduğu bilidirlən taborda 1200-ə yaxın döyüşçü var. Birliyə qatılan əsgərlə 8 aylıq xüsusi təlim keçirlər. 30-50 yaş arası müsəlman kişilərdən ibarət taborun son zamanlar İŞİD-a qarşı savaşda əldə etdiyi uğurlar onların məşhurlaşmasına yol açıb.

İddiaya görə, tabor  nəinki rus, eləcə də NATO ölkələrinə məxsus silah-sursatla təhciz edilib. Hərbçilərin əllərində ABŞ istehsalı olan "M-4" və "M-16" piyada tüfəngləri də var. 

Taborda qulluq edənlərin geyimlərinin qollarında olan mavi dairə formalı loqoda "Turan" sözü, tüfəng tutan əl və 3 dairə var. Birliyin hərbçiləri məhv edilən terrorçuların fotolarını da məhz bu loqo ilə yayaırlar. 

Terrora qarşı savaşda iştirak edən Turan taborunun hərbçilərinin ayda 2 min dollar civarında maaş aldıqları ehtimal edilir.

Xatırladaq ki, "Blackwater" dünyanıən ən böyük təhlükəsizlik şirkətlərindən biridir. ABŞ Dövlət Departamenti, Pentaqon və CİA-dan (Kəşfiyyat İdarəsi) dəyəri yüz milyonlarla olan tenderləri qazanaraq Əfqanıstan, iraq başda olmaqla Amerika ordusunun həyata keçirdiyi əməliyyatlara dəstək verirlər. 1997-ci ildə qurulan şirkətin nəzdnində minlərlə muzdlu qeydiyyatdadır. 2006-cı ildən amerikalı diplomatları da qorumağa başalayıblar. 
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az