Rusiyanın raket gəmiləri Xəzər donanmasında

Rusiyanın raket gəmiləri Xəzər donanmasında
Rusiyanın Xəzər donanmasının 20-dən çox gəmi ekipajı Xəzər dənizində təlimlərə başlayıb. Təlimlər zamanı ekipajlar dəniz, sahil və hava hədəflərinə kompleks raket və artilleriya atəşləri üzərində işləyəcək.

Miq.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.
Onun sözlərinə görə, təlimlərə "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk" "Uqliç", "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Həştərxan", "Volqodonsk" və "Mahaçqala" kiçik artilleriya gəmiləri cəlb olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az