«Rusiyanın sərhədləri heç yerdə qurtarmır!» - PUTİN

«Rusiyanın sərhədləri heç yerdə qurtarmır!» - PUTİN

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rus coğrafiya cəmiyyətində (RCC) mükafatların təqdimatı zamanı Prezident Vladimir Putin xeyli orijinal bir «zarafat»la çıxış edib: «Rusiyanın sərhədləri heç yerdə qurtarmır». Məlumatı «TASS» agentliyi yayıb.

Tədbir zamanı Rusiya Prezidenti iki oğlan uşağının (Timofey Tsoy və Miroslav Askirko) coğrafiyadan biliklərini yoxlamaq məqsədilə onlara sual verib.

Ünsiyyət zamanı Miroslav deyib ki, «bütün paytaxtları və bütün ölkələrin konturlarını bilir». O zaman Putin uşaqdan soruşub: «Rusiyanın sərhədləri harada qurtarır?». Cavab belə olub: «Rusiyanın sərhədi ABŞ-la Berinq körfəzində qurtarır». Prezident uşağı dayandıraraq, deyib: «Rusiyanın sərhədləri heç yerdə qurtarmır». Sonra isə gülərək, əlavə edib: «Bu, zarafatdır».

Məlumat üçün bildirək ki, Putin Rus coğrafiya cəmiyyəti xeyriyyəçiləri şurasının sədridir.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az