Rusların OMON dəstəsi məhv edildi

Rusların OMON dəstəsi məhv edildi

Ukrayna ordusu Lisiçansk yaxınlığında Saxalindən olan OMON dəstəsini məhv edib.

Miq.Az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Kadiyevka rayonunda rus hərbçilərinin olduğu kazarma darmadağın edilib.

"Kremlin əmri ilə Saxalindən Ukraynaya döyüşməyə gələn Saxalin OMON dəstəsinin qaldığı kazarma artilleriyaçılarımız tərəfindən atəşə tutulub. Azı 12 xüsusi təyinatlı öldürülüb. Çoxlu sayda yaralı var”, - Qayday bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az