Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Vətəninfo.az-a Səbail rayonu "Dosluq" parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və ölkə prezidenti İlham Əliyevin göstərişi ilə sökülən villalardan birinin onun olduğu ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Rövşən Bağırov yayılan məlumatın əsassız olduğunu qeyd edib:
"Sizə səmimi deyirəm Mənim Bakı şəhərində hər hansı bir villam olmadığı kimi, hardasa bir qarış torpaq sahəm belə yoxdu. Belə bir yalan, həqiqəti özünə əks etdirməyən xəbərin yayılmasının səbibini anlamaq olmur. Niyə və hansı səbəbdən insanlar haqqında bu cür fikirlər formalaşdırılmağa cəht edilir. Guya mən qeyd olunan villanın inşaatına 2 milyondan artıq xərc çəkmişəm. Bu boyda böhtanmı olar. Əgər belə bir məlumatı yayanların əlində rəsmi şəkildə faktları vardırsa buyurub ortaya qoysunlar. Bu böyük bir ittihamdır. Əks təqdirdə belə məlumatı mətbuat vasitəsi ilə yayanlarla bağlı qanuni çərçivədə ölçü götürülməsi üçün müvafiq qaydada addımlar atılacaqdır". Rövşən Bağırov Səbail rayon ƏSSM-də işləməsi ilə bağlı xəbərə də aydınlıq gətirib. " Bəli mən Səbail ƏSSM-də baş mühasib işləmişəm. Bu məlumatı da mənim haqımda tərcümeyi halımdan götürüblər. Mən qeyd edilən rayonda mühasib işləmişəm deyə, mənim orda hansısa torpağım, obyektimin olmalı idi. Ən azından bir xəbəri yayanda heç olmasa bunu dəqiqləşdirib yaysınlar".
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər