Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər.
Bu barədə hadisə yerində olan jurnalist Vera Zaporojye öz şəxsi facebook səhifəsində xəbər verib. Onun bildirdiyi kimi, avqustun 27-də vilayət administrasiyasının binasında xeyli şahidin yanında Ukraynanın xalq deputatı Aleksey Qonçarenko döyülüb.
Deyilənlərə görə, deputatın döyülməsinin əsas səbəbi onun prezident Pyotr Poroşenkonun siyahısında qadağa qoyulmuş yerlərdə ticarətlə məşğul olmaqda şübhəli bilinməsidir.
Davadan sonra deputatı binadan çıxarıblar. Jurnalistin məsələ ilə bağlı sualına isə Qonçarenko belə cavab verib ki, bu vəziyyəti şərh etmək istəmir.
Ali Radanın deputatı Aleksey Qonçarenko
Aleksey Qonçarenkonun qalmaqallı xəbərlərlə gündəmə gəlməsi ilk hal deyil. Deputat 2014-cü il, mayın 2-də Odessada Həmkarlar İttifaqının binasının yanğınında aktiv iştirakı ilə yadda qalıb. Həmin insidentdə çoxlu sayda insan ölüb və Aleksey ölmüş və yaralanmış insanların şəklini sosial şəbəkələrdə durmadan yayıb.
Bu ilin martında da Qonçarenko Avropa Parlamentində qalmaqal yaradıb. Belə ki, parlamentdə fransız Janna Lyuka Şafxauzerin 2014-cü ilin fevral ayında Ukraynaya qaz ixracına Amerika kəşfiyyatçılarının başçılıq etməsi kəlməsi deputatın xoşuna gəlməyib. O zaman təhlükəsizlik xidməti güclə də olsa Qonçarenkonu zaldan çıxarıb (ANS PRESS).
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ