Sabah Azərbaycan ərazisində toz-dumanı olacaq

Sabah Azərbaycan ərazisində toz-dumanı olacaq
Sabah Azərbaycan ərazisində qısa müddətli toz-dumanı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanının daxil olmasıdır.
Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az