Sabah Xətai və Binəqədi rayonlarında qaz olmayacaq

Sabah Xətai və Binəqədi rayonlarında qaz olmayacaq
Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təbii qazın verilməsi ilə əlaqədar Xətai rayonu G.Şıxlinski küçəsindəki yaşayış binasına cəkilmiş qaz kəmərinin qoşulması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması məqsədi ilə avqustun 3-də saat 9:00-dan 18:00-dək Xətai rayonunun Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, Mehmandarov, Gəncə prospekti və Zığ yolu ərazisində,həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az