Sabah Xorvatiya prezidenti Bakıya gələcək

Sabah Xorvatiya prezidenti Bakıya gələcək

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcək.

Xorvatiya mətbuatı yazır ki, görüş xanım dövlət başçısının oktyabrın 23-dən ölkəmizə başlanacaq üç günlük səfəri çərçivəsində baş tutacaq. 48 yaşlı prezidentin səfər proqramına Bakıda fəaliyyət göstərən Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə görüş də daxil edilib. Onların arasında ən məşhur sima məhz Prosineçkidir. Dəqiq tarix açıqlanmasa da, onların səfərin sonuncu günündə bir araya gələcəkləri gözlənilir.

Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyadadır. O da elə sabah Bakıda olacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az