Sabahkı Tayvan bugünkü Ukrayna olacaq! - Pekindən ŞOK HƏDƏ

Sabahkı Tayvan bugünkü Ukrayna olacaq! - Pekindən ŞOK HƏDƏ

"ABŞ eskalasiya kursunu davam etdirəcəyi təqdirdə Tayvanı Ukraynanın taleyi gözləyir".

Publika.az xəbər verir ki, bunu Şanxay Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Yan Anlin TASS-a müsahibəsində deyib.

"Müharibə təhlükəsi ilə bağlı mövcud vəziyyət eyni istiqamətdə inkişaf edərsə, Tayvan boğazı ərazisində "könüllü atəş” ehtimalı istisna edilmir. Əgər bu doğrudursa, o zaman sabahkı Tayvan bugünkü Ukraynaya çevrilə bilər”, - Yan Anlin bildirib.

Onun sözlərinə görə, Pekin Tayvanla münasibətlərin sülh yolu ilə inkişafı siyasətini təbliğ edir. İnstitutun direktoru bildirib ki, Tayvan sahillərində vəziyyətin gərginləşməsinin əsas səbəbi "ABŞ-ın Tayvan məsələsi ilə Çini cilovlamaq istəyinə əsaslanan strategiyası və siyasətidir”. Yan Anlin əlavə edib ki, Tayvanda hakim Demokrat Partiyasının kursunu adanın müstəqilliyi və Pekinlə əlaqələrin kəsilməsi istiqamətində digər səbəbdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az