Yaxın vaxtlarda Milli Məclisin sabiq deputatı Anar Axundzadə Prezident Administrasiyasında (PA) şöbə müdiri vəzifəsinə təyin olunacaq. Bu barədə XezerNews.az-a məlumat daxil olub.
Məlumata görə, A.Axundzadə indiyədək fəaliyyəti dövründə nöqsansız çalışdığı, hakim Yeni Azərbaycan Partiyasına (YAP) sadiq qaldığı və prezident İlham Əliyevin yürütdüyü siyasətin fəal təbliğatçılarından biri olduğu üçün bu vəzifəyə gətirilməsi gözlənilir.
Məsələni dəqiqləşdirmək üçün A.Axundzadə ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmayıb.
Xatırladaq ki, Anar Axundzadə 1972 ci ildə Naxçıvan şəhərində anadan olub, 1990-1995-ci illərdə Naxçıvan Dövlət Universitetinin kənd təssərrüfatı fakultəsinin və həmin Universitetin (ikinci təhsil) hüquq fakultəsini bitirib, 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabırında Naxçıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.
1996-1997-ci illərdə Naxçıvan DİN Daxilili Qoşunlarında həqiqi hərbi xidmətdə olub.
1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkcisi işləyib, 2000-ci ilin fevralında Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini təyin edilib, 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə Seckilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən millət vəkili seçilib(2000-2005).
Azərbaycan-Sloveniya Parlamentlər arası Dostluq qrupunun sədri, Azərbaycan-BƏƏ dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşliq Komitəsinin üzvü olub.
1992-ci ildən bəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
1995-2000-ci illərdə YAP Naxçıvan MR Gənclər Təşkilatının sədri, 1999-cu il YAP-nin birinci Qurultayında YAP Siyasi Şurasınınüzvü seçilib.
Hazırda hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi siyasi fəaliyyətini davam etdirir.