Vətəninfo.az xəbər verir ki, Türkiyə Respublikasının Azərbaycandakı sabiq səfiri, AK Partiyadan deputatlığa namizədliyini irəli sürən H ülusi Qılıç seçkiöncəsi təbliğat kompaniyasına start verib.
Bununla bağlı sabiq səfirin seçki qərargahından verilən məlumatda qeyd edilir ki, Hülusi Qılıç uzun müddət fəaliyyət göstərdiyi Azərbaycan həqiqətlərinin Türkiyədə daha da geniş şəkildə tanıdılması yönündə də addımlar atır. Məlumata görə, 26 fevral Xocalı soyqırımı ilə bağlı Hülusi Qılıç bəyanat yayıb.
Yayımlanan bəyanatda deyilir:
Bu gün Xocalı Qətliamının 23-cü ildir. Xocalıda türk olduqlarına görə qətlə yetrilən 613 bacı və qardaşlarımızı rəhmətlə yad edir, həyata keçrilən bu qətliyamı nifrətlə qınayırıq. Soyqırıma məruz qalanlar arasında 106 qadın, 63-ü uşaq və 70 yaşlı vardı. Şəhitlərin və qardaş Azərbaycanın böyük acısını paylaşır və bu acıyı tüm təzəliyi ilə ürəyimizdə hiss edirik. Günahgarların, qatillərin bir an öncə yarğılanmalarını gözləyirik. Xocalı qətliamı yaxın tarixdə və modern zamanda işlənmiş böyük bir insanlıq suçu olaraq qarşımızda durmaqtadır. Beynəlxalq aləmin bu qətliamı lənətləməsi və sorğulaması gərəkməkdədir. Xanım Leyla Əliyeva tərəfindən təşkil onunan “Xocalıya ədalət” kompaniyasını dəstəkləyir və gözlənilən ədalətin yernə yetirilməsini səbirsizliklə gözləyirik. Xocalı soyqırımının böyüklüyünə diqqət yetirsək, həyata keçirilən bu soyqırımın bölgəmizə sülüh və barışın gətirilməsi istiqamətində atılan addımlara əngəl yaratmaq istəyənlərin addımı olduğunu görə bilərik.
Tarixin küllərini eşələyərək içərisində günahgarlar axtaranların və başqalarına böhtanların ilk olaraq özlərinin yaxın tarixə baxmaları və həyata keçirdikləri qətliamların hesabını vermələri lazımdır. Xarici işlər naziririmiz hörmətli Mövlud Cavuşoğlu ötən gün Azərbaycan etdiyi rəsmi səfəri bu gün də davam etdirib. XİN-in Azərbaycanı bir Azərbaycanlı kimi sevdiyini yaxından bilirəm.Azərbaycanın maraqlarını hər yerdə Türkiyənin maraqları qədər müdafiə etdiyidə hər kəsə bəllidir. Ona görə də hörmətli Mövlud Cavuşoğlunun Azərbaycana etdiyi rəsmi səfəri son dərəcə anlamlı,yerində və zamanlı olduğunuqeyd etməliyəm. Türkiyə- Azərbaycan dostluq, qardaşlıq və birliyini heç kimsəyə qarşı bir duruş olmayıb, bölgəsəl və kürəsəl barış və işbirliyinə bir töhfə olaraq görülməlidir. BMT-nin qəbul etdiyi 4 qətnaməyə rağmən Azərbaycanın torpaqlarının %20-dan yuxarısı işğal altındadır və 1 milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətindədir.
Azərbaycan işgal altındakı torpaqlarını geri almaq gücünə sahibdir. Ancaq Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsini gözləməkdədir. ATƏT-in Minsk qrupu üzərinə düşən məsuliyyəti tərəfsiz bir şəkildə bir an öncə yerinə yetirməli, əks təqdirdə Minsk qrupu ləğv edilməlidir. Mövcud vəziyətə diqqət yetirsək sadəcə olaraq görmək olar ki, bu vəziyət belə dondurulmuş şəkildə qala bilməz. Türk dövləti və xalqı, qardaş Azərbaycanın haqlı davasını dəstəkləməyə və yanında olmağa davam edecəkdir.
Vətəninfo.az