Sabir Rüstəmxanlı: Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın

Sabir Rüstəmxanlı: Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın
"Süni adalar məsələsi ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

Deputat bildirib ki, Xəzər dənizində Allahın yaratdığı adalar var: "Böyük Zirə, Nargin adası. Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır. Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın”./APA
 
***
 
"Bakının küçələrində qəzet köşklərində siqaret satılmasına hamı göz yumur"
Mətbuat köşkləri təyinatı üzrə istifadə olunmur.

 

Deputat bildirib ki, Bakının küçələrində qəzet köşklərində siqaret satılmasına hamı göz yumur: "Bu köşklərdə hər şey satılır: siqaret, saqqız. Halbuki bunlar qəzet, mətbuat köşkləridir. Təyinatı üzrə istifadə olunmursa, bu köşklər niyə var?”

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az