Şahin Mustafayev göstəriş verdi və...

Şahin Mustafayev göstəriş verdi və...
Vətəninfo.az 23.07.2015-ci il tarixində "3 aydır maaşlar verilmir-Azerboru ASC-də" başlıqlı xəbr yayımlamışdı və həmin xəbərdə qeyd edilirdi ki, Sumqayıtda yerləşən Azerboru ASC zavodundakı fəhlələr acınacaqlı, çox pis, çıxilmaz vəziyyətdədirlər. Müqəddəs Ramazan bayramında fəhlələrin əmək haqları verilmədiyindən ailələri ac qalıb.
 
 
Bu gün yayımladığımız xəbərlə bağlı elektron ünvanımıza yeni bir sevindirici bir xəbər daxil olub. Xəbərdə qeyd edilir ki, yayımlanan xəbərdən zavod rəhbərliyi nəticə çıxararaq iyulun 30-da fəhlələrin may ayı üçün almalı olduqları,amma zavod rəhbərliyi tərəfindən bu günə kimi verilməyən əmək haqları ödənilməyə başlanılıb. Əldə etdiyimiz məlumata görə, İqtisadiyyat və Sənaye Naziri  Şahin Mustafayev məsələyə müdaxilə etdikdən və  Azerboru ASC-nin rəhbərliyini nazirliyə dəvət edərək fəhlələrin 3 aylıq əmək haqlarının hansı səbəbdən ödənmədiyini,yaranan vəziyyətlə bağlı ölkə rəhbərliyinə məlumat veriləcəyi haqqında xəbərdarlıq etdikdən sonra, ASC rəhbərliyi öhdəlik götürüb və tez bir zamanda  fəhlələrə olan borcların ödəniləcəyi sözünü verib.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az