DTX-nın saxladığı Saleh Səmədovla bağlı YENİ QƏRAR

DTX-nın saxladığı Saleh Səmədovla bağlı YENİ QƏRAR
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Miq.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib./APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az