Salyanda işıq sönməsi nəticəsində ölən uşaqların görüntüləri

Salyanda işıq sönməsi nəticəsində ölən uşaqların görüntüləri
Salyan rayonunda dünyaya gətirdiyi üçəmlərdən ikisi ölən ana evə buraxılıb. 
Bu barədə "Report"un Aran bürosuna Mirzabitə Abdullayevanın atası Nəcəf Abdullayev məlumat verib. 
Onun sözlərinə görə, hazırda qızının vəziyyəti normaldır: "Həkimlərin dediyinə görə, sağ qalan körpənin vəziyyəti stabildir". 
N.Abdullayev bildirib ki, ölən körpələrin meyitləri hələlik rayona gətirilməyib.
Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib.
Doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.
Salyan RMX-da elektrik generatoru olsa da, ancaq nasaz vəziyyətdə olduğundan işləməyib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə "Report"a bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: "31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var".


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az