Samir Şərifov: “Neftin qiyməti büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq”

Samir Şərifov: “Neftin qiyməti büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq”

2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin mövcud qiymətlərdən aşağı olması büdcə xərclərinin icrasında kəskin problem yaratmayacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə naziri bildirib ki, sön 3 ayda neftin qiyməti 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 20% aşağı olub. Bununla belə, S. Şərifov neftin qiymətinin aşağı olmasının büdcə xərclərinin icrasına problem yaratmayacağını düşünür: “Dünyada neftə olan tələbat azalıb. Bu neft ixrac edən ölkələrin neftdən daxil olan gəlirlərin azalmasına səbəb olur. Bununla belə, hesab edirik ki, neftin qiymətinin uzun müddət ərzində aşağı olmasına heç bir iqtisadi əsas yoxdur”.

Maliyyə naziri əlavə edib ki, gələn il neftin qiyməti 90 dollardan aşağı olsa, büdcənin gəlirləri və xərclərində uzlaşma təmin ediləcək.

S. Şərifov vurğulayıb ki, neftin qiyməti 60 dollardan aşağı olsa belə, bu büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az