Samirə Mustafayevaya vəzifə verildi

Samirə Mustafayevaya vəzifə verildi
Tanınmış telejurnalist Samirə Mustafayeva ANS TV-ə keçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb. 

ATV-nin keçmiş aparıcısı başqa bir telekanala keçmək fikrində olmadığını deyib. Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib.

"Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram”. Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib: "İşə başlayanda bu barədə açıqlama verəcəyəm”.

S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib. "Bu məlumatlarının heç bir əlaqəsi yoxdur. Mən sadəcə işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır”.  /Azvision.az/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az