Vətəninfo.az xəbər verir ki, Türkiyənin “Star” qəzeti köşə yazarı professor Cəmil Koçaq Ermənistan prezidenti Serj Sarkisiyanın 24 apreldə Çanaqqala müharibələrinin 100-cü il dönümü ilə bağlı Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğanın dəvət məktubuna verdiyi cavabda Osmanlı ordusunun erməni zabiti Torosiyanın başına gətirilən müsibətlərdən və Torosiyanın öldürülməsindən bəhs etməsinə cavab yazıb.
“Sərkisyan Ərdoğanın dəvətindən imtina etdi, amma bizim mediada bunun detallarına yer verilmədi. Lakin “The Armenian Weekly” saytı Sərkisyanın dəvətdən imtina etməsinin əsil səbəbini açıqlayıb. Saytda yer alan xəbərə görə, Sərkisyan Ərdoğana ünvanladığı cavab məktubunda məşhur erməni kapitanı Sərkis Torosyandan söz açıb. O bildirib ki, Torosyan da Çanaqqaladakı şücaətinə görə medal alıb, lakin digər ermənilər kimi o da öldürülüb. Bəli, səhv oxumadınız, öldürülüb! Aydındır ki, Sərkisyan yenə dərsinə yaxşı hazırlaşmayıb. Çünki ermənilərin köçü zamanı öldürülən erməni kapitanı necə ola bilər ki, illər sonra ABŞ-da öz xatirələrini yazıb?! Belə yazdım, çünki diplomatik yazışmalarda nəzakətli olmaq lazımdır! Yoxsa “Sərkisyan Sərkis Torosyanın xatirələrinin saxta olduğunu etiraf etdi” deyə başlıq qoyardım”.

Qeyd edək ki, erməni əsilli Osmanlı kapitanı Sərkis Torosyan Çanaqqala döyüşündə şücaətinə görə medalla mükafatlandırılıb. Lakin ailəsi 1915-ci il hadisələri zamanı öldüyü üçün Torosyan mövqeyini dəyişib və Osmanlıya qarşı mübarizə aparıb. O, ABŞ-a köçüb və orada ölüb.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE