Sarkisyan baş nazirini qurban verir - Erməni mənbələr

Sarkisyan baş nazirini qurban verir - Erməni mənbələr
Ermənistanın hakimiyyət dairələrində tezliklə hökumətin və baş nazir Ovik Abramyanın istefası ilə bağlı şayiələr günü-gündən güclənir.

Virtualaz.org xəbər verir ki. bu barədə "Aykakan Jamanak” qəzeti məlumat verib.

Nəşr xatırladır ki, Yerevanda silahlı qrupun polis idarəsinin binasını ələ keçirməsindən və silahı yerə qoymasından sonra prezident Sarkisyan milli həmrəylik hökumətinin formalaşdırılması barədə bəyanat verib.

"Bu, özündə hazırkı hökumətin istefasını ehtiva edə bilər. Lakin Sarkisyanın strategiyasına nəzər salsaq, belə hallarda o, kəskin dəyişikliklərə getmir, bir qədər fasilə götürür və sonradan addım atır”, - məqalədə deyilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az