Sarkisyan Putinin ölümünü gözləyir

Sarkisyan Putinin ölümünü gözləyir
Ermənistan prezidenti həmin vaxt həlledici qərarını verəcək

Ermənistanda keçirilən parlament seçkilərindən sonra prezident Serj Sarkisyanın 2018-ci ildə siyasi taleyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

İstiPress-in 1in.am internet-resursunda dərc edilən analitik Aram Amatuninin məqaləsində qeyd olunur ki, S.Sarkisyandan sonra hakimiyyətə kimin gələcəyi, hansı siyasət yürüdəcəyi qaranlıq qalıb.
Müəllif qeyd edir ki, Sarkisyanın gələcək taleyi, statusu, rolu, yeri barədə cavabsız suallar çoxdur.
"Sarkisyan Vladimir Putinin planlarının müəyyən edilməsini, elan olunmasını gözləyir? Onsuz da bu gözləmə mövqeyi mənasızdır. Çünki Rusiyanın Ermənistan hakimiyyətinə, onun qərarlarına böyük təsiri var. Putin üçün "getmək, ya qalmaq” məsələsi gündəmə gəlsə, yəni prezidentliyə namizədliyini verəcək, ya yox, bu, Serj Sarkisyanın gələcək planlarında vacib rol oynayır. Hətta Ermənistanda hökumətin formalaşması prosesinin bir hissəsidir”, - deyə erməni analitik qeyd edir.
Aram Amatuni vurğulayır ki, Sarkisyanın Putinin icazəsi olmadan addımını ata bilməməsinin sübutu kimi Ermənistanın Avropa assosasiyası prosesinin başlaması tarixinə nəzər salmaq lazımdır.
"Putin prezidentlikdən gedən kimi İrəvan bu prosesə start verib. Lakin həmin vaxt Putin baş nazir idisə də, de fakto ölkəni idarə edirdi. 2012-ci ildə Putin yenidən prezident seçiləndən sonra Sarkisyan Avropadan bir növ üz döndərdi. İndi Sarkisyan 2018-ci ilin aprel ayını gözləyir ki, görsün Putin prezidentliyə namizədliyini verəcək, ya yox. Ondan sonra siyasi kursunu müəyyən etməyə çalışacaq. Kobud şəkildə desək, Putinin olmaması Sarkisyanı sevindirir, sanki o, Putinin ölümünü gözləyir”, - deyə müəllif yazır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az