Sarksiyandan “İsgəndər” açıqlaması: “Sirr deyil ki, Azərbaycan..”

Sarksiyandan “İsgəndər” açıqlaması: “Sirr deyil ki, Azərbaycan..”

Sarksiyandan "İsgəndər” açıqlaması: "Rusiya onu balansı qorumaq üçün bizə satdı”

Ermənistan prezidenti Serj Sarkisyan "İsgəndər” zenit-raket komplekslərinin Ermənistanda peyda olması ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

Trend-in məlumatına görə, RİA Novosti-yə müsahibəsində S.Sarkisyan həmin raket komplekslərinin yerləşdirilməsinin "zəruri addım” olduğunu deyib:
"Rusiyanın "İsgəndər” raket komplekslərinin Ermənistan ərazisində yerləşdirilməsi regionda sabitliyin qorunmasına yönəlmiş zəruri addım idi”.

S.Sarkisyanın sözlərindən aydın olur ki, bu komplekslər Ermənistana satılmayıb və ya hədiyyə olunmayıb. Sadəcə, Rusiya bu kompleksləri Gümrüdəki hərbi bazasında yerləşdirib.

Sarkisyan deyib: "Sirr deyil ki, Azərbaycan son illərdə yeni silahlar əldə edib. Biz Azərbaycanın malik olduğu maliyyə imkanlarına sahib deyilik. Bununla belə, vəziyyəti balanslaşdırmağa çalışırıq. Fikrimcə, "İsgəndər” raket kompleksləri məhz belə bir addımdır”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az