Şarmazanov: “Rusiya ilə sazişdə Dağlıq Qarabağın adı çəkilmir”

Şarmazanov: “Rusiya ilə sazişdə Dağlıq Qarabağın adı çəkilmir”
Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişdə Dağlıq Qarabağın adı çəkilmir.

Virtualaz.org Sputnik-Armeniyaya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

"Bu sazişdə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül yoxdur”, -deyə o, partiyanın İcra orqanının iclasından sonra jurnalistlərə verdiyi açıqlamasında bildirib.

O qeyd edib ki, bu saziş Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə Sisteminin geniş imkanlarından yararlanmaq şansı verəcək.

Vitse-spiker onu da vurğulayıb ki, sazişi əsasən onun mətnindən xəbəri olmayanlar tənqid edirlər: "Bu sazişdə söhbət Rusiyanın Belarus və ya Qazaxıstanla olduğu kimi "birgə sistem”dən yox, "birləşmiş sistem”dən gedir. Bu isə o deməkdir ki, Rusiya və Ermənistan tərəfləri öz müstəqilliklərini saxlayırlar”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az