Satışdakı qarpız-yemiş təhlükəlidir? - Açıqlama

Satışdakı qarpız-yemiş təhlükəlidir? - Açıqlama
Yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının Respublikaya idxal olunmasının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub. Təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.

Miq.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.

Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mqkq, yemişdə isə 72 mqkq olduğu məlum olub.

Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mqkq, yemişdə isə 90mqkq–dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az