Səbail rayon ictimaiyyətində «Xoca» filminə ictimai baxış

Səbail rayon ictimaiyyətində «Xoca» filminə ictimai baxış

31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı

Tarixin səhifələrini vərəqlədikcə mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarlarının isə məhz ermənilər olub.Bu fikirlər “Vətəninfo.az” xəbər verire ki,   Soyqırımın ildönümü ərəfəsində Səbail  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Sinema-klub»da rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, müharibə veteranları, din xadimləri, bir sıra ictimai təşkilat və birliklərin nümayəndələrinin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyəti tərfindən keçirilən tədbirdə səslənib. O da vurğulanıb ki, xalqımızın  tarixinə qanlı səhifə kimi yazılan erməni daşnaklarının bolşeviklərlə birgə Azərbaycanlılara qarşı həyata keçirdikləri mart qırğınlarından artıq 94 il ötür. Erməni-daşnaklar tərəfindən 1918-ci il martın 30-31-də Azərbaycanda dinc əhaliyə qarşı tarixə 31 Mart soyqırımı kimi daxil olmuş qırğınlar törədildi. Yaxşı silahlanmış ermənilər Bakı şəhərində və kəndlərdə əsl qətlamlar düzəldərək insanlığa yaraşmayan vəhşiliklər törətdilər.  “O zaman Ermənilərin Şamaxıda başladıqları qırğınları Bakı şəhərində və kəndlərdə eyni amansızlıqla davam etdirmişlər. Hadisələrin kulminasiya nöqtəsi olan  martın 31-də qeyri-bərabət döyüşlərdə 10 mindən artıq soydaşımızın həyatına son qoyulmuşdur.   1918-ci ilin mart-aprel aylarında ermənilər Qubada, Gəncədə, Lənkəranda və Azərbaycanın digər bölgələrdə də eyni qəddarlıqda qətliamlar törətdiblər”. Bu fikirlərdə keçirilən mərasimədə səsləndi.  Tədbirdə tanınmış kinorecissor Vahid Mustafayevin yeni çəkdiyi «Xoca» filminə ictimai baxış da keçirildi.  Qeyd edək ki,tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1918-ci il hadisələri, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə məlumat verdi, qeyd etdi ki, Azərbaycana qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqəti Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. “ 1918-ci il martın 31-də ermənilər tərəfindən həyata keçirilən soyqırım yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alıb. O vaxtdan etibarən, 31 mart – Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Son illərin reallığı göstərir ki, erməni şovinistlərinin imkanları getdikcə tükənməkdədir. Bunun da əsas səbəbkarı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində geniş iqtisadi potensiala malik qüdrətli dövlət olmuş Azərbaycan Respublikası, onun beynəlxalq aləmdə günbəgün artan siyasi nüfuzu, ölkəmizin dostlarının möhkəmlənən həmrəyliyi, nəhayət güclü Azərbaycan Ordusudur. Ölkə başçısının rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yalnış yanaşmaları dağıtmaqla Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Dövlətimizin başçısının siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, həmrəyliyi sayəsində qarşıya qoyulan bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında düşmənçilik salanların iflasına nail olacağıq”.

Fidan 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az