Şəbnəm Tovuzlu: "Boşanandan 5 ay sonra maşın aldım, çox əziyyət çəkdim"
Müğənni şəxsi həyatından danışıb
Qalmaqallı müğənni Şəbnəm Əsədova verdiyi yeni açıqlaması ilə yenidən müzakirələrə səbəb olub.
Şəxsi həyatı haqda ARB telekanalına danışan ifaçı uğura boşandıqdan sonra nail olduğunu açıqlayıb:
"Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim. Qaldım Bakıda. Qızım üçün gələcək qurmaq istəyirdim. Müğənnilliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya maşın aldım. Çox əziyyət çəkdim. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki maşınım 8-cidir. 10 ildir maşın sürürəm".
Miq.Az