Şəhid anasının qocalığa görə təqaüdü bərpa edildi

Şəhid anasının qocalığa görə təqaüdü bərpa edildi

Bu barədə şəhidin ailəsinə DSMF- nin Bərdə rayon şöbəsinin müdiri Kərim müəllim məlumat verib.  Təqaüdü azaldılan Əsli Muradovanın saxlanılan təqaüdünün əvvəli artıq açılıb. O, əvvəlki məbləğinə uyğun olaraq  təqaüdünü ala biləcək.

Miq.az xəbər verir ki,  21.05.2016-cı ildə şəhid anası Əsli Muradova bankomatdan təqaüdünü çıxaran zaman həmişə aldığı 258 manat məbləğin yerinə 164 manat sayıb. O, azalan məbləğin Kapitalbankdan götürdüyü kreditin aylıq ödənişinin yerinə tutulduğunu zənn edib.23.05.2016-cı ildə Kapitalbanka müraciət edərkən təqaüd kartından kreditin ödənişi üçün hər hansı əməliyyatın aparılmadığı bildirilib.Bərdə ƏSMM-nin mühasibi Rauf müəllimə müraciət edəndə, O, mərkəz tərəfindən bu barədə məlumat olmadığını, DSMF-nin Bərdə şöbəsinə müraciət etməyi məsləhət görüb. Əsli Muradovaya DSMF-nin Bərdə şöbəsində təaqaüdün azaldılmasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi olduğu bildirilib. Əsli Muradovaya şəxsiyyət vəsiqənin surətini gətir və ərizə yaz,  DSMF-nin qulluqçusu Əziz müəllimə ver!- deyilib.

Qeyd edək ki, bir sıra KİV-lərdə Əsli Muradovanın durumuna həssaslıq göstərilib. Ona qarşı yönələn məmurların laqeyd hərəkətləri haqsızlıq kimi qiymətləndirilib. Millət vəkillərindən də bu məsələlərdə ananın görünməyən rəzalət yaşadığını bildirənlər də olub.

Şəhid anası Əsli Muradova Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ona qarşı atılan bu addımını  xoş məramının başlanğıcı kimi qiymətləndirir.Ümid edir ki, Bərdə Sosial Təminat Xidmətində pozulan haqqlarının bərpasıda yaxın günlərdə öz həllini tapacaq.
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az