Şəhid əsgər Lənkəranda torpağa tapşırıldı

Şəhid əsgər Lənkəranda torpağa tapşırıldı
 
 
Ötən gün Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov bu gün dəfn edilib.

Tovuz rayonu istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, N. Səfərov 2014-cü ilin oktyabr ayında orduya çağırılıb. Tərxis olunmağına cəmi 2 ay qalmışdı.
 
Miq.az
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az