Şəhidimiz dəfn edildi – FOTO

Şəhidimiz dəfn edildi – FOTO
Ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.

Miq.az  APA-ya istinadən xəbər verir ki, Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.

Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid torpağa tapşırılıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az