Şəhidin vəsiyyəti hər kəsi ağlatdı

Şəhidin vəsiyyəti hər kəsi ağlatdı
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda şəhid olan çavuş Doğukan Təzəgülün mobil telefonundan çıxan vəsiyyəti hər kəsi kədərləndirib.

Miq.az xəbər verir ki, Doğukan Təzəgül 21 maddəlik vəsiyyətində şəhid olacağı təqdirdə heç kimin üzülməməsini istəyib.

O, PKK-ya qarşı vətəni uğrunda döyüşdüyünü bildirib. Bundan əlavə, qardaşına olan borcunun ödənilməsini də vəsiyyət edib.

Qeyd edək ki, fevralın 19-da Surda PKK-ya qarşı mübarizə aparan təhlükəsizlik qüvvələrinin içərisində olduğu bina çöküb. Binada xüsusi təyinatlı dəstənin 12 üzvü olub. Onlardan 9-u dağıntılar altından çıxarılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az