2015-ci ildə səhiyyənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2014-cü illə müqayisədə 0,1 faiz-bənd artaraq 3,7 faiz olacaq.
Vətəninfo.az xəbər verir ki, Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsində 777,7 milyon manat, 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 158,7 milyon manat və ya 25,6 faiz çox vəsait ayrılıb. Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması və xərclərin məqsədyönlüyünün təmin edilməsi üçün 2015-ci ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində nəzərdə tutulan dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərci dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” xərcləri bölməsindəSəhiyyə Nazirliyinin xərclərində proqnozlaşdırılıb.
2015-ci ilin dövlət büdcəsində dərman, sarğı ləvazimatları və materiallarının alınması xərc maddəsi üzrə proqnozlaşdırılmış 209,3 milyon manat vəsait 2014-cü illə müqayisədə 32,4 milyon manat və ya 18,3 faiz çoxdur.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib