Səlim Müslümov SÜKUTU POZDU: Namusla, şərəflə...

Səlim Müslümov SÜKUTU POZDU: Namusla, şərəflə...

Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah Prezidentin canını sağ eləsin, neçə illər mənə ehtimad göstərdi. İndi məsələhət oldu ki, vəzifədən gedim. Bu, Prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur.

Miq.Az xəbər verir ki, bu sözləri keçmiş nazir Səlim Müslümov barəsində mediada yayılan iddialara münasibət bildirərkən deyib. Unikal.org-a açıqlamasında keçmiş nazir bildirib ki, barəsində yeyintiyə yol verməsi barədə yayılan ehtimallar həqiqəti əks etdirmir:

"Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.

S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur:

"Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elimi işlərimlə məşğulam”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az