Separatçı rejim Xocavəndin 5, Tərtərin 1 kəndində qanunsuz "seçki" keçirdi...

Separatçı rejim Xocavəndin 5, Tərtərin 1 kəndində qanunsuz

Dünən - aprelin 10-da  Rusiyanın Qarabağdakı "sülhməramlı" adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim  müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək  Azərbaycan Respublikasının 6 məntəqəsində  qanunsuz "seçki” keçirib.
 
Moderator.az xəbər verir ki,  bu haqda erməni mediası məlumat yayıb.
 
Məlumata görə, Xocavənd rayonunun "Berdaşen” adlandırılan Qarakənd kəndində "icma başçısı”,   həmin rayonun  "Varanda” adlandırılan   Qaradağlı, "Tsovatex”- "Zavadıx, "Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun "Aknaberd” adlandırılan Umudlu kəndində "icma şurasının üzvləri”nə "səs" verilib.
 
Separatçı-kriminal xuntanın qanunsuz "seçki" komissiyasının məlumatına görə, "seçici"lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib. 
 
Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının görkəmli  dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Eyni rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az