Sergey Lavrov Qarabağ münaqişəsindən DANIŞDI

Sergey Lavrov Qarabağ münaqişəsindən DANIŞDI

"Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.

Miq.Az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi körüşdən sonra mətbuat konfransında dilə gətirib.

"Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xətirinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”, - Rusiya rəsmisi qeyd edib.

Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az