Sərkisyan Azərbaycandan AMAN diləyir, Rusiyadan SİLAH -Düşmən...
Dmitri Medvedev İrəvanda səfərdə həmkarı Ovik Abramyan arasında görüşüb.
Rusiyanın baş naziri Dmitri Medvedev ermənistanlı həmkarı Ovik Abramyan ilə görüşüb. Görüşün əsas mövzularından biri də Ermənistana satılan silahların taleyi olub.
Verilən məlumata görə, Ovik Abramyan rusiyalı həmkarından müqavilələr əsasında satılan silahların Ermənistana tez çatdırılmasını xahiş edib. Rusiyaya minnətdarlığını bildirən baş nazir, dolayısı yolla Rusiyaya etirazını da gizlətməyib:
"Rusiya Ermənistanın silah alması üçün bizə verdiyi kreditlərə görə sizə minnətdarıq. Amma silahların çatdırılmasında bəzi ləngimələr var. Sizdən xahiş edirik ki, silahların tez çatdırılması ilə bağlı müvafiq qurumlara təlimat verəsiniz”, - deyə Abramyan Medvedevə bildirib.
Maraqldır, 4 gün Azərbaycan Ordusunun cavab zərbələrinə dözə bilməyib, aman diləyən Sarkisyan indi Rusiyadan silah dilənir. Görəsən Ermənistana silah lazımdır, yoxsa sülh? Bu sualın bir cavabı var: Ermənistan nə istədiyini bilmir. Çünki ölkəni mafiya qanunları ilə edən Ermənistan prezidentinin bir adı var-Düşməni!!!
Miq.az