Sərkisyan azərbaycanlı oliqarxın restoranında-VİDEO

Sərkisyan azərbaycanlı oliqarxın restoranında-VİDEO

Xəbər verildiyi kimi ötən bazar günü Rusiyada erməni milyarder Samvel Karapetyan oğluna dəbdəbəli toy edib. Rusiya mağazin mediası yazır ki, azərbaycanlı oliqarx Telman İsmayılova məxsus "Safisa” restoranında keçirilən toy inquş neft maqnatı Mixail Qutseriyevin həmin restoranda keçirilən toyundan heç də geri qalmayıb.

Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki,  toyda Ermənistan prezidenti Serj Sərkisyanın da iştirak etdiyi məlum olub. "Tatler” online nəşrinin bildirdiyinə görə Sərkisyan videokameraların obyektivinə tuş gəlib, ancaq onun toyda iştirakı haqda erməni mənbələri xəbər vermir. Bununla belə Sərkisyanı toydan yayılan videokadrların 59-cu saniyəsində görmək olar.

Məsələnin digər maraqlı tərəfi budur ki, "Safisa” restoranına Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva”nın iddiası ilə həbs qoyulub. Çünki T.İsmayılovun həmin bank qarşısında on milyonlarla dollarlıq borc öhdəliyi var. Bankın iddiası əsasında "Safisa” restoranı və Moskvanın Nikitsk bulvarında otel inşası üçün nəzərdə tutulmuş ərazi "MBA-Moskva”nın aktivləri sırasında daxil edilib.

[video=http://
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az