Sərkisyandan Bakıya “ismarış”: Qarabağ qayıtmayacaq...

Sərkisyandan Bakıya “ismarış”: Qarabağ qayıtmayacaq...

Qarabağın həlli ilə bağlı hazırkı danışıqlar prosesi narahatlıq yaradır.

Bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan Avropa Xalq Partiyasının iclasında çıxışı zamanı deyib.

"İnsan kimi Qarabağın "özünü müdafiə prosesində” şəxsən iştirak etmişəm, mən sülhün dəyərini yaxşı bilirəm. Bu baxımdan hətta pis danışıqlar da müharibədən çox yaxşıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən mübahisəsiz dəstəklənməsinin davam etməsi çox vacibdir. Təəssüf ki, biz Azərbaycanın necə silahlanmağa davam etməsinin və Qarabağla Ermənistanı təhdid etməsinə şahidlik edirik. İstərdim ki, Bakı yenidən mənim mesajımı eşitsin: Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bu problemin hərbi həlli yoxdur”, – deyə o bildirib./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az