Sərnişin daşınması ilə bağlı YENİLİK

Sərnişin daşınması ilə bağlı YENİLİK
Qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən daşıyıcılar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

"Report"un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.

İndiyədək daşıyıcılar sərnişinlərin daşınmasına dair təhlükəsizlik tələbləri, habelə sürücülər üçün müəyyən olunmuş istirahət və iş rejimi nəzərə alınmaqla avtobusların marşrut üzrə hərəkət cədvəllərinin daşımanın sifarişçisi ilə birlikdə tərtib edirdilər. İndi isə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilən "Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az