Heydər Oğuz
""Şərurlu” tək deyildi, o dövrdə fəaliyyət göstərən iş adamlarına baxsaq, bunu görərik. Həmin vaxt Nehrəmli İbrahim var idi. Adam deyir ki, təyyarədə 100 qram araq içib, xəyal görmüşdü ki, Xəzərin ortasında bir şəhər salır. Daha sonra qeyd edir: "Dərhal orda ayaqqabı qutusu tapıb xəyal etdiyim layihəni çəkib, onu həyata keçirdim”. Layihəyə milyonlarla pul xərcləmişdi. Günah beləsində yox, ona pul ayıranlardadır.
İstənilən hər kəs ağlına gələn layihə ilə çıxış edər və əlinə pul keçdikdə bunu həyata keçirməyə çalışar. Günah pula nəzarət edən orqanlardadır ki, buna o fürsəti verirlər. Onlara imkan yaradanlar Azərbaycanın var-dövlətini tar-mar edənlərdir. Yəni günah "Şərurlu İsfəndiyar”da yox, ondan sui-istifadə edənlərdə, onun heç bir savada, məntiqə əsaslanmayan arzularının reallaşmasına kömək göstərənlərdədir”.
Heydər Oğuzun dediklərinə görə, zamanında xammalı ölkədən çıxarmaq üçün savadlı adamların iddiası ortaya çıxa bilərdi deyə, onları işə götürmürdülər:
"Fikir verin, deyir savadım olmadığı üçün deputat da olmaq istəmirəm. Yəni orda necə çıxış edəcək? Bu cür insanlar zamanında daha əlverişli olduğu üçün onlardan istifadə edirdilər. Sovet hakimiyyəti dövrünün iqtisadiyyatı da belə idi. Məsələn, İkinci Dünya müharibəsi dövründə Amerika Rusiyada tank zavodu tikmək istəyirdi. Hətta bunu həyata keçirməklə bağlı müzakirə gedirdi ki, sovet hökuməti alman faşizminə qarşı daha effektli vuruşsun. Təklif edilir ki, pul verək, onlar özləri tiksinlər, amma amerikalı iş adamlarından biri etiraz edir. Bildirir ki, onlara desən bir ton mismar istehsal elə, bir dənə mismar istehsal edəcəklər və çəkisi elə bir ton ağırlığında olacaq. Yəni bu işi ruslara həvalə etmək olmaz. Özləri gəlib tikirlər və nəticədə faşizmə qarşı qələbə əldə edilir. Deməyim odur ki, savadsızlıq istehsal olunan texnikanın xammal əhəmiyyətində olmasına gətirib çıxarırdı. Bu səbəbdən də sovet hakimiyyəti dağıldıqdan sonra həmin materiallar toplanıb, xammal əvəzi xaricə, əsasən də İrana satıldı. Burda da savada ehtiyac yox idi deyə, İsfəndiyar Axundov kimi adamlar o işin öhdəsindən rahatlıqla gələ bilirdi”.