Xəbər verildiyi kimi, bu gün Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq şairi Zəlimxan Yaqub uzun sürən ağır xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar Almaniyada müalicə alırdı, o, dializ qəbul etməklə yaşayırdı.
Unudulmaz şairin yaradıcılığndan "Qafqazinfo” saytında yer almış bir neçə şeirini oxuculara təqdim edirik:
Arzu
Dəlib-deşir ürəyi dərd ürəkdə qalanda,
Dərdləşmək gözəl işdi, dərdini duyan ola.
Ürəyindən keçəni gözlərindən oxuyan,
Sənə ömrünü verib, vaxtını qıyan ola.
Qayğılar sığal çəkə könül adlı sazına,
Naz satasan dünyaya, dünya dura nazına.
İnsan qibləyə dönə durasan namazına,
Sirrinə yaxşı sirdaş, qəlbinə həyan ola.
Səslər içində səsin, adlar içində adın,
Əzizinə dönəsən həm doğmanın, həm yadın.
İçində boğulmaya arzun, eşqin, muradın,
Hökmünü, qüdrətini ellərə yayan ola.
Yalan – zülmət, qaranlıq, doğru – səhər, doğru – dan,