Səudiyyə Ərəbistanından nefti bahalaşdıracaq - Açıqlama

Səudiyyə Ərəbistanından nefti bahalaşdıracaq - Açıqlama
"Dünya üzrə neft hasilatının dondurulmasına müsbət yanaşırıq".

Bunu Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih deyib. 

Neft naziri qeyd edib ki, OPEC-in gələn ay Əlcəzairdə keçiriləcək iclasında iştirak edəcək. İclasda neft istehsalının mövcud səviyyələrdə saxlanılması, neft istehsalçılarının bazar şərtləri müzakirə olunacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in bəzi üzvlərinin aprel ayında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş toplantısında istehsalın dondurulması təkliflərini rədd edib.

Xatırladaq ki, bu ilin may ayından Səudiyyə Ərəbistanının neft naziri vəzifəsini icra etməyə başlayan X. Əl-Falih müsahibələrinin birində bildirib ki, həmkarlarının neft hasilatı ilə bağlı fikirlərini öyrənmək istəyir. Bununla belə həmin vaxt o, bu məsələ ilə bağlı təcili müdaxiləyə ehtiyacın olmadığını deyərək istehsalın azaldılmasının tərəfdarı olmadığını bəyan edib. /APA.az/ 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az