Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə açıq müraciətində özbaşına, qanunsuz fəaliyyət göstərən Zaqatala, Şamaxı və Qobustandakı kənd məscidləri, oradakı icmalarla bağlı tədbir görülüb.
Vətəninfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, Şeyxülislamın bəyanatından sonra həmin məscidlərdə tədbirlər görülməyə başlanıb və problem əsasən həll olunub. M.Qurbanlı həmin məscidlərin hazırda da fəaliyyət göstərdiyini və ibadət üçün açıq olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala - Balakən bölgəsi üzrə nümayəndəsi (qazisi) İbrahim İbrahimov isə sayta məsələnin təfərrüatını açıqlayıb. O bildirib ki, Şeyxin irad bildirdiyi məscidlərdəki dini icmaların rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin təlimatlarına və təqvimlərinə riayət etməyiblər. Lakin hazırda bu problem aradan qaldırılıb, həmin məscidlərdə QMİ-nin bütün təlimatlarına və təqvimlərinə riayət olunur".
Qeyd edək ki, Allahşükür Paşazadə bir müddət əvvəl QMİ-də keçirilən tədbirdə mətbuatın iştirakı ilə Dini Komitəyə müraciət edərək bildirib ki, Zaqatalanın 4, Şamaxı və Qobustan rayonlarının isə hər birinin bir kəndindəki məscidlərdə dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto