Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə gedir

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 25 noyabrda Səudiyyə Ərəbistanına səfərə yola düşür.
Şeyxülislam A.Paşazadə İslam Aləmi Liqasının Baş katibi, Dünya Üləmalar Heyətinin sədri Məhəmməd bin Əbdülkərim Əl-İsanın dəvəti ilə 26 noyabrda İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak edəcəkdir. 
İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir. 
 Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az