Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “facebook” sosial şəbəkəsinə qoşulmasının ardınca jurnalistlərə ünvanlanan müraciət yayıb.
Vətəninfo.az-ın teleqraf.com-a istinadən məlumatına görə, S.Novruzov jurnalistlərə ünvanlanan statusunda onu narahat etməməyi xahiş edib:
“Əziz jurnalistlər, bizim təmas imkanlarımız “facebook”dan kənardan onsuz da sıxdı. Telefonum hamınızda var, vaxtaşırı tədbirlərdə görüşürük. Ona görə sizdən rica edirəm, heç olmaya burada imkan verin, cəmiyyətin başqa təbəqələri ilə təmas quraq. Mən sizin bütün suallarınıza cavab verməyə hazıram, amma siz də məni anlamağa çalışın. Bu profili yaratmaqda əsas məqsədlərdən bir odur ki, görüşməyə zaman və fiziki səbəblər ucbatından macal tapmadığımız digər vətəndaşlarımızla fikir mübadiləsi edim. Ümidvaram, mənim bu sözlərimi düzgün qarşılayacaqsınız. Jurnalistlər bizim dostlarımızdı, təsadüfü deyil ki elə bu günlərdə cənab Prezident Mətbuatın 140 illiyi ilə bağlı sərəncam da verdi”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?