Siyavuş Novruzov Rövşən Əkbərovu müdafiə etdi: “Həbsxanada da otura bilərəm”

Siyavuş Novruzov Rövşən Əkbərovu müdafiə etdi: “Həbsxanada da otura bilərəm”

Milli Məclisin deputatı Siyavuş Novruzov həbsdə olan general-leytenant Rövşən Əkbərovu müdafiə edib.

Miq.Az-ın xəbərinə görə, S.Novruzov bildirib ki, həbs olunanlardan yalnız Rövşən Əkbərov haqqında müsbət fikir səsləndirə bilər.

"Rövşən döyüş yoldaşım olub. Milli Qəhrəmandır. O kişi həqiqətən döyüşüb. Gərək ədalətli danışaq” – deputat deyib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə S.Novruzova "Yəqin ki, bilirsiniz ki, Sizi hansı təhlükə gözləyir... Bir yerdə döyüşmüsünüz, bir yerdə də məhbus həyatı yaşayarsınız” cavabını verib.

S.Novruzov isə bildirib ki, harada olsa, fərqi yoxdur, oturaram: "Seyid, mən Əfqanıstanla Pakistanın sərhədindəki həbsxanada olmuşam. Mənim üçün həbsxananın əhəmiyyəti yoxdur, oturaram. Biz birinci Qarabağ müharibəsində döyüşmüşük, döyüş yoldaşını unutmaq olmaz. Rövşənin əməlinə qiyməti prokurorluq verir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az