Son 12 ilin ən böyük terror aktı

Son 12 ilin ən böyük terror aktı
Böyük Britaniyada ölənlərin sayı 22-nəfərə çatıb

Böyük Britaniyanın Mançester şəhərində törədilən terror aktı 2005-ci il faciəsindən sonra ən böyük hadisə kimi qəbul edilib.

İstiPress-in məlumatına görə, bu barədə Britaniya mətbuatı yazır.

Qeyd olunur ki, 2005-ci ildə Londonda metroda baş verən faciə zamanı 50 nəfərdən çox adam həyatını itirib. Ötən gecə baş verən terror aktında isə 19 nəfər ölüb, 50-dən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb.

"Təcili tibbi yardım maşınları "Mançester Arena”dan xəstəxanalara 59 yaralı gətirib”, - deyə KİV yazır.

Ötən axşam İngiltərənin Mançester şəhərində terror aktı törədilib. "Mançester Arena”da iki partlayış baş verdiyi bildirilir. Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az