Şoyqu Bakıda nəyi müzakirə edəcək?

Şoyqu Bakıda nəyi müzakirə edəcək?

Avqustun 14-15-də Bakıda səfərdə olacaq Rusiya müdafiə naziri Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.
 
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə edəcəklər./Axar.az/
 
"Dağlıq Qarabağ münaqişəsilə bağlı fikir mübadiləsi aparılacaq”, - Konaşenkov bildirib.
 
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Şoyqunun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşünün planlaşdırıldığını deyib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az