“Space” TV-nin yayımı dayandırıla bilər”- AÇIQLAMA

“Space” TV-nin yayımı dayandırıla bilər”- AÇIQLAMA

Vətəninfo.az Publika.az-a istinadən xəbər verir ki, Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

MTRŞ rəsmisi bildirib ki, efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdardılar və bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcək:

“Biz “Space” telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq”. Toğrul Məmmədov əlavə edib ki, cələn həftə kanalla bağlı ciddi tədbirlər görüləcək və cəza MTRŞ-nın iclasında verilən qərardan asılıdır: “Gələn həftə MTRŞ-da üzvlərin iştirakı ilə iclas keçiriləcək. Ciddi tədbir iclasda veriləcək qərardan asılıdır. Qərardan asılı olaraq bu, cərimə, xəbərdarlıq, proqramın yayımının dayandırılması və ya ümumi yayımın dayandırılması da ola bilər”.

Qeyd edək ki, bir neçə gün öncə kanalda yayımlanan “Günaydın” verilişində baş verən qalmaqaldan sonra MTRŞ sədri Nuşirəvan Məhərrəmli telekanal rəhbərliyi ilə görüşərək rəhbərliyin üzr istəyib məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verdiyini desə də, sözügedən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

Bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində isə aparıcı Səidə Sultan və müğənni Rəhim Rəhimli efirə yaraşmayan ifadələr işlədib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az