Süleymaninin qisası alındı: 18 ABŞ generalı öldürüldü - Şok

Süleymaninin qisası alındı: 18 ABŞ generalı öldürüldü - Şok

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub.

Miq.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim” agentliyi məlumat yayıb.

Təyyarəni "Taliban” silahlıları vurub. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) "Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.

O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tutudu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır.

M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az